Azərbaycanlı şoumen: "Toya gedirəm, əvəzində qoyun verirlər"

Azərbaycanlı şoumen: "Toya gedirəm, əvəzində qoyun verirlər"
12:52 22 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az big.az-a istinadən bildirir ki, tanınmış aktyor, Azərbaycanın ilk şoumenlərindən olan Qorxmaz Əlilinin dediyinə görə,  verginin qalxması aktyoru çətin vəziyyətdə qoyub. Qorxmaz Əlilinin açıqlamasını təqdim edirik:

"Toya gedirəm, əvəzində qoyun verirlər. Niyə qaldırdılar axı bu vergini? Mən əziyyət çəkirəm. Həyatımda 100 min pulu bir yerdə görməmişəm. Sənətimdən pul qazanıram, düzdür, 3-4 min, maksimum 5 min...

5 min qazancımdan 4 faiz vergi verirdimsə, indi 6 faiz verməliyəm. Sən bu oxuyan üçün toy tutmusan, vergini qaldırırsan? Yoxsa sən oxuyursan, sən əziyyət çəkirsən? Sən bu oxuyan üçün kostyum tikdirirsən, yoxsa reklamı ilə məşğulsan? Axı mən toylara, bir də görürsən, havayı gedirəm. Havayı getdiyim toya görə vergimi ödəməliyəm? Əgər kimsə toya getdiyimə görə mənə qoyun, kostyum, maşın bağışlayırsa, bunun vergiyə nə dəxli var? Tutaq ki, mən ev yiyəsi, 100 min pulum varsa, deməli, bunun vergisini də vermişəm. Demək istədiyim, xalq bizə verdiyi pulu qazananda o pulun vergisini də ödəyir. Bu artıq ikinci dəfə vergi almaqdır. Əgər ev yiyəsi o pulu mənə bağışlayırsa, ikinci dəfə həmin puldan niyə vergi tutulmalıdır? Vergi işçilərinin öz uşaqlarının toyu olmayacaq məgər? Onlar toya oxuyan çağırmırlar ki? Toyda oxuyanın qabağında ikiqat olurlar. "Xoş gəlmisən, buyur, yalvarır ki, toyumu yaxşı apar". İncəsənət adamları kimi maaşımı alanda qanuni olaraq vergini ödəyirəm. Mən təzədən niyə vergi verməliyəm, ay camaat?"

Xatırladaq ki, Vergilər Nazirliyi tərəfindən müğənnilərin vergi ödəmələri ilə bağlı yeni qaydalar açıqlanıb. Yeni qaydalara əsasən, bundan sonra müğənnilər toy, tədbirlərdən qazandıqları vəsaitin bir hissəsini vergi şəklində dövlət büdcəsinə ödəyəcəklər.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/392173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR