AFFA Klublar Komitəsinə yeni seçkinin vaxtı açıqlanıb

AFFA Klublar Komitəsinə yeni seçkinin vaxtı açıqlanıb
13:02 22 Dekabr 2015
17 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ AFFA Klublar Komitəsinin (KK) 2015-ci ildə son iclasının vaxtı və yeri açıqlanıb. "Report"un məlumatına görə, tədbir dekabrın 24-də “Boulevard Hotel Baku” otelində baş tutacaq.
Saat 11:00-da başlanacaq iclasın gündəliyindəki əsas məsələ KK-ya yeni sədr seçkisi olacaq. Hazırda komitəyə "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov rəhbərlik edir. Mövcud əsasnamə onun yenidən seçilməsini qadağan etmir.
Digər məsələlər sırasında mövsümün ilk dövrəsinin təhlili və əksər klubların üzrəşdiyi maliyyə böhranından çıxış yollarının da müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, AFFA Klublar Komitəsinin yaradılması barədə qərar 2014-cü il noyabrın 25-də açıqlanıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR