Tarantino Hollivudun "Şöhrət xiyabanı"nda ulduz qazanıb

Tarantino Hollivudun "Şöhrət xiyabanı"nda ulduz qazanıb
13:07 22 Dekabr 2015
31 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Rejissor, prodüser və ssenarist Kventin Tarantino Los-Ancelesdəki Hollivud "Şöhrət xiyabanı"nda ulduz qazanıb.
"Report" "Hollywood Reporter"ə istinadən xəbər verir ki, mərasimdə onun dostları, fanatları və kinematoqrafçının həmkarları, o cümlədən onun "Kriminal qiraət" filmində rol alan Samuel L.Cekson iştirak edib.
52 yaşlı Kventin Tarantino iki dəfə - "Kriminal qiraət" və "Azad edilmiş Canqo" filmlərinə yazdığı ssenari ilə "Oskar" və "Qızıl qlobus" mükafatına layiq görülüb. "Kriminal qiraət" filmi həm də Kann festivalında "Qızıl palma budağı" qazanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/sou-biznes/tarantino-hollivudun-sohret-xiyabani-nda-ulduz-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR