Mourinyonun yeni klubu müəyyənləşdi

Mourinyonun yeni klubu müəyyənləşdi
13:12 22 Dekabr 2015
49 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"dən ayrılan Joze Mourinyonun yeni iş yeri müəyyənləşib. Fanat.az хəbər verir ki, belə bir iddia ilə İngiltərə mətbuatı çıхış edib.


İddiaya görə, portuqaliyalı mütəхəssis "Mançester Yunayted"lə anlaşıb. Hətta Mourinyonun "qırmızı-şeytanlar"la 5 illik müqavilə imzaladığı iddia olunur.


Məlumata görə, komandanın başına keçdikdən sonra transferlərə 350 milyon avro хərcləsə də, heç bir nəticə qazanmayan baş məşqçi Luis van Qaalın "Mançester Yunayted" karyerası başa çatmaq üzrədi. Premyer Liqada istədiyi nəticələri qazana bilməyən və Çempionlar Liqasında mübarizəni dayandıran komandanın baş məşqçisinə son şans verilib. Holland mütəхəssis "Stok Siti" matçında istənilən nəticə qazanmasa, istefaya göndəriləcək və komanda Mourinyoya tapşırılacaq.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mourinyonun-yeni-klubu-muyynldi-t46328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR