Balaxanı poliqonundan silah-sursat tapılıb

Balaxanı poliqonundan silah-sursat tapılıb
13:27 22 Dekabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Balaxanı məişət tullantıları poliqonundan silah-sursat tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən “Təmiz şəhər” ASC-nin Balaxanı məişət tullantıları poliqonundan istifadəyə yararsız “Makarov” markalı tapança, pnevmatik tapança, süngü bıçaq, 198 ədəd müxtəlif çaplı patron və avtomat üçün patron darağı tapılıb.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://report.az/hadise/balaxani-poliqonundan-silah-sursat-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR