"Balaxanı zibilliyi"ndən silah-sursat tapıldı

"Balaxanı zibilliyi"ndən silah-sursat tapıldı
13:28 22 Dekabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Balaxanı poliqonunda silah-sursat tapılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, silah-sursat Balaxanı məişət tullantıları poliqonundan aşkarlanıb.

Sabunçu rayon Polis İdarəsi 12-ci Polis bölməsinin əməkdaşları tərəfindən “Təmiz şəhər” ASC-nin Balaxanı məişət tullantıları poliqonundan istifadəyə yararsız “Makarov” markalı tapança, pnevmatik tapança, süngü bıçaq, 198 ədəd müxtəlif çaplı patron və avtomat üçün patron darağı tapılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2472588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR