AFFA-nın Klublar Komitəsinin iclası keçiriləcək

AFFA-nın Klublar Komitəsinin iclası keçiriləcək
13:38 22 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
AFFA-nın Klublar Komitəsinin 2015-ci ildə son iclasının vaxtı və yeri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, tədbir dekabrın 24-də “Boulevard Baku” otelində keçiriləcək.
Saat 11:00-da başlanacaq iclasın gündəliyində əsas məsələ Klublar Komitəsinə yeni sədr seçkisi olacaq. Hazırda komitəyə “Xəzər-Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov rəhbərlik edir. Mövcud əsasnamə onun yenidən seçilməsini qadağan etmir.
İclasda mövsümün ilk iki dövrəsinin təhlil və əksər klubların üzrəşdiyi maliyyə böhranından çıxış yollarının da müzakirə olunacağı gözlənilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AFFA_nin_Klublar_Komitesinin_iclasi_kechirilecek-913255

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR