AFFA İntiza Komitəsinin 2015-ci il üçün son iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri I divizionun XIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
“Qaradağ Lökbatan” - “Ağsu” matçının 90-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun məşqçisi Arif Rizvanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.
“Göyəzən” - “Energetik” matçının 61-ci dəqiqəsində “Energetik” klubunun futbolçusu Ruslan Həmidov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Neftçala” - “Mil-Muğan” matçında “Neftçala” və “Mil-Muğan” klublarının 5 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 100 manat cərimə olunur.
Fanat.az