AFFA "Kəpəz"i 7 min manat cərimələdi

AFFA "Kəpəz"i 7 min manat cərimələdi
13:43 22 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın 18-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Belə ki, dekabrın 19-da “Sumqayıt” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində “Sumqayıt” klubunun 39 №-li futbolçusu Emin Mehtiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Dekabrın 20-də “Kəpəz” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 50-ci dəqiqəsində “Neftçi” klubunun 6 №-li futbolçusu Ferraro Silva Ailton idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 53-cü dəqiqəsində “Kəpəz” klubunun 23 №-li futbolçusu Tural Nərimanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Kəpəz” klubunun bir qrup azarkeşi tərəfindən “Neftçi” klubunun azarkeşlərinə daş atılıb. Bu səbəbdən də "Kəpəz" klubu ictimai asayişi və təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 5000 manat cərimə olunub.

Dekabrın 20-də “İnter” – “Xəzər Lənkəran” matçının 42-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2472599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR