Namiq: "Sənət fəaliyyətimi dondurdum"

Namiq: "Sənət fəaliyyətimi dondurdum"
13:52 22 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Meyxanaçı Namiq Qaraçuxurlu sevənlərinə müraciət edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hazırda Çində olan sənətçi yaradıcılıq işlərini dayandırdığını bildirib:

"Həm məsafə uzaq olduğu, həm də uzun vaxtdır istirahət etmədiyim üçün bu səfərdə çox qaldım. Buralar çox maraqlıdır. Buna görə də heç bir bayram çəkilişinə qatıla bilmədim. Ümumiyyətlə, son 1 ayı və bundan sonrakı bir neçə günü sənət fəaliyyətimi dondurdum. Buna görə də tamaşaçılarımdan, xüsusən də pərəstişkarlarımdan məni başa düşməklərini, üzrlü saymaqlarını xahiş edirəm. İnşallah, yeni ildə yeni işlərimlə, yeni nəfəslə xidmətinizdə olacam. Həm də "Şəkərim" adlı yeni mahnım var. Amma Yeni il gecəsi bəzi məkanlarda iştirakımla bağlı xəbərlər realdır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR