BMT: Aİ-yə gələn qaçqınların sayı 1 milyonu aşıb

BMT: Aİ-yə gələn qaçqınların sayı 1 milyonu aşıb
13:57 22 Dekabr 2015
25 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu il altı Avropa İttifaqı ölkələsinə - Yunanıstan, Bolqarıstan, İtaliya, İspaniya, Malta və Kiprə quru və ya dəniz yolu ilə gələn qaçqın və miqrantların sayı 1 milyonu aşıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə bu gün Beynəlxalq Miqrasiya Təşkilatı (BMT) bəyanat yayıb.
BMT-nin dekabrın 21-nə olan məlumatına görə, qaçqın və miqrantların sayı 1 005 504 nəfər olub. Onların əksəriyyəti (816 752 nəfər) dəniz yolu vasitəsilə Yunanıstandan Avropaya gəlib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR