Neftin kəskin ucuzlaşması "General Electric"in gəlirlərini azaldıb

13:57 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə sərmayəçilərin neft və qaz sektorunun gələcək layihələrinə investisiya yatırmaq təşəbbüslərinin azalması Korporasiyanın bu bölümünə ciddi təsir göstərib.
Bu ilin 9 ayı ərzində Korporasiyanın neft və qaz sektorundan gəlirləri 13% azalıb. Hesabat dövründə əməliyyat mənfəəti isə 10% azalıb.
Aşağı neft qiymətləri və həcmləri Korporasiyanın bu bölümündə ciddi çağırışlar yaradıb. Şirkət bu ilin 9 ayı ərzində bu bölümdə xərclərini 600 mln. dollara qədər azaldıb, gələn il isə xərclərini 1 mlrd. dollaradək azaltmağı planlaşdırır.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/neftin-keskin-ucuzlasmasi-general-electric-in-gelirlerini-azaldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR