​Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb

14:02 22 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

“Report“un xəbərinə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani imzalayıblar.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Əfqanıstanın Milli Radio və Televiziyası arasında əməkdaşlığa dair Saziş”i “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov, Əfqanıstanın Milli Radio və Televiziyası adından Sultan Əhməd Bahin imzalayıblar.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycan-efqanistan-senedleri-imzalanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR