Ruslar Bakıdakı binadan yazdı (FOTO)

Ruslar Bakıdakı binadan yazdı (FOTO)
13:51 30 Dekabr 2014
96 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya mətbuatı Azərbaycan paytaxtında yeni istifadəyə verilmiş “Bakı Ağ Şəhər” ofis binasına böyük diqqət yetirib.

ANS PRESS-in məlumatına görə, müxtəlif rus nəşrlərində dərc olunmuş məlumatlarda yeni binanın Azərbaycanda beynəlxalq "yaşıl" BREEAM sertifikatı almış ilk bina olduğu bildirilir. Məlumatlarda həm də o qeyd edilib ki, sözügedən bina Bakının ekoloji cəhətdən ən çirkli bölgəsində - XIX əsrdə çox sayda neft sənayesi müəssisi yerləşmiş Qara şəhərdə tikilib.

Dekabrın 24-də prezident İlham Əliyev “Bakı Ağ Şəhər”in inşası başa çatan ofis binası və “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində görülən digər işlərlə tanış olub.

Binanı Britaniyanın “Atkins” şirkəti layihələndirib, “TML Construction” şirkəti inşa edib. Tikinti dövründə ofis binası “BREEAM” beynəlxalq ekoloji sertifikatına layiq görülüb.

“Bakı Ağ Şəhər” layihəsi 221 hektar rekultivasiya olunmuş sahədə gerçəkləşdirilən iri layihələrdən biridir.

Əmlak obyektlərinin ekoloji qiymətləndirilməsi sistemi BREEAM 1990-cı ildə Britaniyanın “BRE Global” təşkilatı tərəfindən yaradılıb. İndiyə kimi 24 min obyekt üzrə 425 min sertifikat verib. Hazırda 1,9 milyon bina və layihə sertifikatlaşdırma mərhələsindədir.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=317140

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR