Avtomobil Federasiyasının təşkilatçılığı ilə Qəbələdə “Offroad” yürüşü keçirilib

Avtomobil Federasiyasının təşkilatçılığı ilə Qəbələdə “Offroad” yürüşü keçirilib
14:13 22 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə dekabrın 19-u və 20-də “Offroad” yürüşü keçirilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, 25 “Offroad” avtomobilinin iştirakı ilə iki gün ərzində keçirilən yürüş Qəbələ-Oğuz-Şəki-Zaqatala marşrutu üzrə təşkil edilib.

Yürüşdə məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, həmçinin regionlarda avtomobil həvəskarlarının bu idman növünə cəlb olunmasıdır.

Yürüş zamanı gənclər və idman naziri Azad Rəhimov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov federasiya üzvləri və müxtəlif yarışlarda qələbələr əldə etmiş “Offroad” komandası ilə görüşüblər.

Qeyd edək ki, Avtomobil Federasiyasının dəstəyi ilə Azərbaycan komandası müxtəlif “Offroad” yarışlarında, o cümlədən bu il Türkiyədə keçirilən “Offroad” yarışlarında iştirak edib. “Offroad” klubu bu il dünyanın müxtəlif ölkələrinə səyahət edən avtomobilçilərdən ibarət “Dünya bizimdir” adlı beynəlxalq ekspedisiyada da təmsil olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2472618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR