"Səkkiz il çox qısa müddətdir"

"Səkkiz il çox qısa müddətdir"
14:22 22 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının prezidenti Xavyer Tebas bir neçə məsələyə münasibətini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, onun Blatterə 8 illik diskvalifikasiya cəzasına münasibəti xüsusən maraq doğurub.

Etika Komitəsinin qərarı:

- Səkkiz il çox qısa müddətdir. Belə durum ortaya çıxanda, nəticəsi ciddi olmalıdır. Platini maliyyə amillərinə görə deyil, FİFA və UEFA-nın nizamnamə qaydalarını pozduğuna görə cəzalandırıldı. Bu, maliyyə fırıldaçılığının bir formasıdır. Ona futbol fəaliyyətinə qayıtmaq icazəsi verilməməlidir. O, futbol dünyası və futbolçuların etimadına layiq deyil.

Pikenin tvitterdəki paylaşımı:

- İki oyunçunun bir-biri ilə əlaqə yaratmasında narahatlıq doğuran bir şey yoxdur. Mənim də tvitterdə izləyəcilərim var.

Argentinalı azarkeşin Messiyə tüpürməsi:

- Bu, zorakılıq halıdır. Belə şeylər futbola və oyunun imicinə zərbə vurur. Hər zaman intizamsız qruplar olub. İspaniyada feli zorakılıq və hörmətsizlik hallarına qarşı ciddi mübarizə aparırıq. Argentina Futbol Federasiyasında yaxın vaxtlarda seçkilər baş tutacaq. Onlar yerli futbolda zorakılıq hallarını aradan qaldırmalıdır. Bu işdə, hətta bizdən də kömək istəyiblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR