Türkiyə Böyük Millət Məclisinin sədri İçərişəhərlə tanış olub

Türkiyə Böyük Millət Məclisinin sədri İçərişəhərlə tanış olub
14:33 22 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, Flora Şükürova, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəmanın başçılıq etdiyi nümayəndə heyəti dekabrın 22-də İçərişəhərlə tanış olub.
AZƏRTAC xəbər verir ki, İçərişəhərdə gəzinti Qız qalası ilə tanışlıqdan başlayıb. Qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri, burada konservasiya işlərindən sonra yaradılan muzey ekspozisiyası barədə məlumat verilib.
Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da nümayəndə heyətində böyük maraq doğurub.
İçərişəhərlə tanışlıq Azərbaycanın qədim tarixindən, iqtisadi və mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidələr olan Buxara və Multanı karvansaraları ilə davam etdirilib.
Qonaqlara UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.
Kiçik Qala küçəsi ilə gəzinti zamanı nümayəndə heyəti təndir çörəyinə qonaq edilib.
Qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə də tanış olublar. Kompleksin bu günədək öz tarixi-memarlıq üstünlüyünü qoruyub saxladığı diqqətə çatdırılıb.
Türkiyə parlamentinin sədri xatirə kitabına ürək sözlərini yazıb.









Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_Boyuk_Millet_Meclisinin_sedri_Icheriseherle_tanis_olub-913272

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR