Gəncədə uşaq evinə hədiyyələr təqdim edilib

Gəncədə uşaq evinə hədiyyələr təqdim edilib
14:33 22 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə AFFA və “Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin əməkdaşları Gəncədəki uşaq evində aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, uşaq evinə baş çəkən tədbir iştirakçıları tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların bayramları təbrik edilib. Daha sonra onlara hər iki qurum adından toplar və idman geyimləri paylanılıb.
Qonaqlara dərin təşəkkürünü bildirən uşaq evinin kollektivi ilə sonda xatirə şəkli çəkilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencede_usaq_evine_hediyyeler_teqdim_edilib-913273

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR