“Zövq” sərgisinin qalibləri mükafatlandırılıb

“Zövq” sərgisinin qalibləri mükafatlandırılıb
14:38 22 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 22-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində “Zövq” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin ekspozisiyası ADRA-nın müəllimi, peşəkar fotoqraf Tahir Məmmədovun tələbələrinin və həvəskar rəssamların çəkdiyi şəkillərdən ibarətdir.
T.Məmmədov bildirib ki, yüzdən artıq bədii fotoqrafiya nümunəsinin nümayiş olunduğu sərgidə 26 tələbənin işi var. Sərgidə mövzu etibarilə sərbəst və fotoqrafiyanın bütün janrlarını əhatə edən şəkillər sərgilənir.
Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov bildirib ki, bu günədək Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində Tahir Məmmədovun tələbələrinin fotosərgiləri açılıb. Artıq ənənəvi hal alan bu sərginin əvvəlkilərdən fərqi fotoqrafiya sahəsində çalışan gənclərin maraq obyekti olan mövzulara daha çox müraciət etməsidir.
Sonda fərqlənən əsərlərin müəllifləri olan tələbələrə diplomlar təqdim olunub.
Sərgi dekabrın 25-dək davam edəcək.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR