Bakıda "exchange"lər alış məzənnəsini azaldıb

Bakıda "exchange"lər alış məzənnəsini azaldıb
14:57 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ "Report" agentliyinn analitik qrupu Bakı şəhərinin mərkəzi hissəsində yerləşən valyutadəyişmə məntəqələrində nağd valyutanın alış-satış məzənnəsi üzrə monitorinq keçirib.
Valyutadəyişmə məntəqələrindən verilən məlumata görə, bu gün, günün ilk yarısında alıcı və satıcılar arasında balans qeydə alınıb: "Dolların ən yaxsı alış məzənnəsi 1,56 AZN/USD, ən yaxşı satış məzənnəsi isə 1,57 AZN/USD olub". 
Maraqlıdır ki, günün ikinci yarısında bəzi məntəqələr alış məzənnəsini 1,55 AZN/USD səviyyəsinə endirib. Bu da bazarda valyutanı manata konvertasiya etmək istəyənlərin sayının nisbi artımı ilə əlaqədardır. Valyutadəyişmə məntəqələrinin əməkdaşları bazarın bir neçə gün ərzində tam sabitləşəcəyinə ümid etdiklərini bildiriblər.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR