Quba-Xınalıq yolu qar uçqunu səbəbindən bağlanıb

Quba-Xınalıq yolu qar uçqunu səbəbindən bağlanıb
14:58 22 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Quba, 22 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 22-si səhər saatlarında baş verən qar uçqunu səbəbindən Quba-Xınalıq yolu bağlanıb. Bu səbəbdən həmin istiqamətdə 6 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
Qubadakı 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov AZƏRTAC-a bildirib ki, qar uçqunu Quba-Xınalıq yolunun 36-37-ci kilometrliyində qeydə alınıb. Bu ərazidə uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 3-5 metrə çatır.
Bilal Sultanov qeyd edib ki, idarənin canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun qardan təmizlənməsinə işləri aparılır.
Quba-Xınalıq yolunun günün sonuna kimi avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Quba_Xinaliq_yolu_qar_uchqunu_sebebinden_baglanib-913287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR