“Hesab.az” portalının qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 200 minə çatıb

“Hesab.az” portalının qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 200 minə çatıb
15:03 22 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
“GoldenPay” şirkətinə məxsus “Hesab.az” portalının qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 200 minə çatıb.
Onlayn xidmətlər portalından AZƏRTAC-a bildirilib ki, keçən illə müqayisədə kommunal ödəniş edən aktiv istifadəçilərin sayı 22 faiz, kommunal ödənişlərin dövriyyəsi isə 26 faiz artıb. Digər ödəmələrdə də müvafiq artım olub. Mobil ödəniş edənlər 19 faiz, dövriyyəsi 10 faiz, TV ödənişi edənlər 38 faiz, dövriyyəsi 27 faiz, internet ödənişi edənlər 33 faiz, dövriyyəsi 18 faiz, rabitə ödənişi edənlər 25 faiz, dövriyyəsi 20 faiz artıb.
Bu il “Hesab.az” vasitəsilə kredit borcunun ödənilməsi mümkün olan banklar sırasına “Expressbank”, “Rabitəbank”, “Kapital Bank” və “Bank VTB” (Azərbaycan) daxil olub. Buna əsasən də ən böyük faiz artımı bank kreditləri ödənişlərində qeydə alınıb. Cari illə müqayisədə bank ödənişi edən istifadəçilərin sayı 85 faiz, dövriyyəsi isə 91 faiz artıb.
“Hesab.az” ödənişlər müqabilində istifadəçilərin qazandığı bonusların dəyərləndirilməsi istiqamətində də yenilik edib. Yeni yaradılmış “Dərhal dəyiş” bölməsində qazanılan bonuslar hədiyyələrə dəyişilə bilər. Eyni zamanda, istifadəçilərin bonuslarını “Azercell”, “Bakcell” danışıq dəqiqlərinə dəyişmə imkanları da var.
Mobil vasitəsilə ödəniş etmək üçün bu il portalın iOS, “Android” və “Windows” platformalarında tətbiqlər də istifadəyə verilib.
Qeyd edək ki, Azərbaycanın onlayn ödəmələr bazarının ən böyük şirkəti olan “GoldenPay”a məxsus “Hesab.az” 4 il öncə yalnız ödəmə portalı kimi fəaliyyətə başlasa da, xidmət növlərini genişləndirərək onlayn xidmətlər portalına çevrilib. Kommunal, mobil, internet, bank kreditlərinin ödənişi, habelə bank kreditlərinə müraciət, sığorta xidmətləri, elektron biletlərin alınması kimi fərqli xidmətlər təqdim edən portalın bu il ödəmələrinin həcmində ciddi artım müşahidə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hesabaz_portalinin_qeydiyyatdan_kechmis_istifadechilerinin_sayi_200_mine_chatib-913290

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR