Azərbaycana məxsus binanı bu məşhur brend icarəyə götürdü

Azərbaycana məxsus binanı bu məşhur brend  icarəyə götürdü
15:06 22 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Moskva şəhərinin Tverskaya küçəsi, 16 ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinin bir hissəsinin icarəyə veriləcəyi məhşur brendin adı məlum olub. Binanın bir hissəsi H&M brendinə icarəyə veriləcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Mətbuatın yaydığı məlumata görə, bu barədə müqaviləni bağlayacaq tərəflərdən birinin yaxını məlumat yayıb. Bildirilir ki, ARDNF-un “Qalereya Aktyor” ofis-ticarət mərkəzinin təxminən 5,8 min kvadratmetr olan kompleksi 32 il müddətinə həmin mağazalar şəbəkəsinə icarəyə veriləcək.

Məlumata görə, sövdələşmə hələ 2015-ci ilin ikinci rübündə əldə edilib.


“Qalereya Aktyor” ofis-ticarət mərkəzi

Yenidənqurma işlərindən sonra brend mağazanın həmin mərkəzdə univermaq açacağı gözlənilir. “Qalereya Aktyor” ofis-ticarət mərkəzi yanvar ayının 10-a qədər həmin ünvanda fəaliyyət göstərəcək.

H&M brendinin həmin ünvanda fəaliyyətə başlamasından sonra il ərzində 230 milyon rubl (4 milyon 991 min manat) gəlir əldə edəcəyi ehtimal edilir.

Bir neçə gün əvvəl Azərbaycan Dövlət Neft Fondunun Moskva şəhərinin Tverskaya küçəsi, 16 ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinin bağlanmasına dair xəbərlər yayılmışdı.

Fonddan ANS PRESS-ə verilən açıqlamada isə, qeyd edilən mərkəzin ticarət obyektləri yerləşən üçmərtəbəli hissəsinin dünyanın məşhur brendlərindən birinə 32 il müddətinə icarəyə verilməsi nəzərdə tutulduğu bildirilmişdi: “Bu da öz növbəsində binanın qiymətinə və ARDNF tərəfindən yatırılmış investisiyanın gəlirliliyinə müsbət təsir göstərəcək. Bununla əlaqədar müvafiq işlər aparılır”.

Məlumata görə, hazırda ticarət mərkəzinin qarşısında binanın yanvar ayının 10-dan etibarən fəaliyyətini dayandıracağını bildirən elan asılıb.


Həmin ərazinin xəritəsi

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Moskva şəhərinin Tverskaya küçəsi, 16 ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzini 2012-ci ildə satın alıb. “Qalereya Aktyor” Moskva şəhərinin tarixi mərkəzində yerləşir.

Bina Tverskaya küçəsi və Strastnoy bulvarının kəsişməsində, Kreml və Qızıl Meydanın yaxınlığında yerləşir.1881-ci ildə teatr binası kimi istifadəyə verilmiş bu bina tarixi fasadı saxlanılmaq şərtilə 1995-ci ildə yenidən təmir olunub. Binanın ümumi sahəsi 18 075 kv.metr təşkil edir. Əmlak illik icarə haqqı 9,6 milyon ABŞ dolları olmaqla müxtəlif maliyyə, sığorta və konsaltinq xidməti göstərən, eləcə də müxtəlif lüks və orta səviyyəli ticarət şirkətlərinə icarəyə verilmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367886

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR