Məsut Özil "Mançester Yunayted" və "Çelsi"dən irəlidədi

İngiltərə Premyer Liqasının 17-ci turunun qapanış matçında "Arsenal" "Mançester Siti" ilə qarşılaşırdı. 2:1 hesabı ilə qələbə qazanan London klubunun hər iki qolunun məhsuldar ötürməsini Məsut Özil verib.

Bununla da Almaniya millisinin üzvü cari mövsümdə Premyer Liqadakı asistlərinin sayını 15-ə çatdırıb. Metbuat.az-ın məlumatına görə, o, bu göstərici üzrə "Mançester Yunayted""Çelsi"dən irəlidədi.

"Opta"nın statistiki göstəricilərinə görə, İngiltərə Premyer Liqası tarixində cəmi 5 futbolçu mövsüm ərzində 15-dən çox asist edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR