Zakir Həsənov Moskvaya getdi

Zakir Həsənov Moskvaya getdi
15:11 22 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Müdafiə naziri Moskvaya gedir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Zakir Həsənov səfəri bu gün başlayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının dekabrın 23-də keçiriləcək növbəti iclasında iştirak edəcək.

Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının son iclası iyun ayında baş tutub. İclas Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində olub.

İclasda iştirak edən Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov quruma üzv olan ölkələrin Müdafiə nazirləri ilə MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini müzakirə edib.

Z.Həsənovun son səfəri Türkiyəyə olub. General-polkovnik Zakir Həsənov dekabrın 17-də İstanbul şəhərində Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmazla görüşüb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə nazirləri ölkələrimiz arasında hərbi əməkdaşlığın daim inkişaf etdiyini, strateji tərəfdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR