"Zenit" "Milan"ın işini çətinə saldı

"Milan" uzun müddətdir ki, "Zenit"in yarımmüdafiəçisi Aksel Vitsellə yaxından maraqlanır.

Ancaq "rossonerilər"in işi çətinə düşüb. Metbuat.az "Milan News"a istinadən xəbər verir ki, "Zenit" Vitseli əldən vermək niyyətində deyil. Sankt-Peterburq təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsində belçikalı futbolçunun xidmətindən istifadə etmək istəyir.

"Zenit" transferə mane olmaq üçün növbəti varianta əl atıb. Belə ki, qışda Vitseli heyətinə qatmaq istəyən klubu 30 milyon avrodan artıq ödəməli olacaq. Bununla yanaşı, "mavilər" yarımmüdafiəçi ilə müqavilə yeniləmək üçün danışıqlara başlamaq istəyirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR