Azərbaycanlı aktrisa polisə müraciət etdi

Azərbaycanlı aktrisa polisə müraciət etdi
15:16 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Aktrisa Fidan Axundovanın başına iş gəlib.

Axşam.az-ın məlumatına görə, onun adından istifadə edib, saxta profil açan bir şəxsin yazdığı status qalmaqala səbəb olub.

F.Axundova “Niyə yatmısınız? Niyə səsinizi ancaq Facebook-da çıxarırsınız? Niyə şəhərlərə, küçələrə axışıb etirazınızı bildirmirsiniz? Bunun bir yolu var: Ağsaqqalları, ağbirçəkləri qabağa verib, gəncləri də ayağa qaldırmaq. Yoxsa daha da pis vəziyyətə düşəcəyik. Ya ölüm, ya qalım, başqa yol yoxdur artıq” sözlərinin ona aid olmadığını bildirib.

Aktrisa əməkdaşımızla söhbətində polisə şikayət etdiyini bildirib:

“O mən deyiləm, mənim adımdan yazıblar. Dəfələrlə canlı efirdə demişəm, müsahibələrimdə də qeyd etmişəm ki, mən heç bir sosial şəbəkədə yoxam. 20 avqusta yerləşdiriblər ki, guya mənim yeganə Facebook səhifəm budur. Mənim heç bir Facebook səhifəm yoxdur. Hamı mənə zəng edir ki, "Bu nədi, sən belə insan deyilsən axı". Buna görə də mənim işimdə də narazıçılıq yaranıb. İndi hal-hazırda polisdəyəm, şikayət ərizəsi yazıram".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR