Proses hələ davam edəcək...

Proses hələ davam edəcək...
15:22 22 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Ölkədə lisenziyalaşdırılmış sahələrin daha da azalacağı gözlənilir.

Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qalib Toğrul Prezident İlham Əliyevin lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında imzaladığı fərmanın mümkün nəticələrini şərh edərkən deyib.

Ekspert qeyd edib ki, təsdiq edilən sənədlərə görə lisenziyalaşdırma sahəsində bəzi sadələşdirmələr və dəyişikliklər həyata keçiriləcək: "Əvvəla, bununla lisenzasiyalaşdırılan fəaliyyətlərin sayı azaldıldı. Son sənədlərə qədər lisenziya verən dövlət orqanlarının sayı 20-dən çox idi, onlardan 10-dan çox dövlət orqanı isə 10-dan çox icazə verirdi. İndi isə lisenziyanı Sənaye və İqtisadiyyat Nazirliyi verəcək, digər qurumlar yalnız lazım gələndə rəy verəcəklər. Onların verilməsi isə ASAN Xidmət və Elektron Lisenziya portalı vasitəsilə həyata keçiriləcək. Lisenziyaların tələblərinə əməl olunması sahəvi orqanlar vasitəsi ilə yalnız müvafiq qanunlara uyğun olaraq həyata keçiriləcək. Hazırda qüvvədə olan lisenziyaların hamısı müddətsiz hesab olunacaq. İmzalanan fərmanla lisenziyalara görə dövlət rüsumunun məbləğləri də yarıbayarı azaldıldı. Bundan əlavə, özəl tibb fəaliyyəti, tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış, eləcə də tikinti-quraşdırma işləri fəaliyyət növləri üzrə lisenziyalaşdırılan iş və xidmətlərin sayı azaldılacaq".

İqtisadçı hesab edir ki, lisenziya verilməsi ilə bağlı şərtlərin sadələşdirilməsi davam etdiriləcək: "Qəbul olunan sənədlərdən sonra lisenziyalaşdırılan fəaliyyətlərin sayı təxminən 1.5 dəfə azaldılıb. Ancaq Azərbaycanda rəy, şəhadətnamə razılıq və sair adı ilə verilən icazələrin sayı yüzlərlədir. Bu sənədlərin qəbuluna qədər Azərbaycanda 46 icazə, 1 ekspertiza təyinatı, 90 xüsusi razılıq (lisenziya), 27 xüsusi icazə, 1 təsdiqedici qeyd, 2 texniki talon, 3 texniki şərt, 1 texniki baxış aktı, 2 sərəncam, 39 şəhadətnamə, 13 sertifikat, 19 rəy, 3 rəsmiləşdirilmə, 2 razılıq, 4 razılaşdırma, 2 qeydiyyata alınma sənədi, 3 texniki pasport, 47 digər növ icazə sənədi olmaqla cəmi icazələrin sayı 305 idi. Son sənədlərin qəbulundan sonra onların sayı təxminən 20 civarında azalıb. Qəbul olunan sənədlərə əsasən isə demək olar ki, prosesin davam etdiriləcəyi gözlənilir".

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR