Devalvasiya "Xəzər Lənkəran"a necə təsir etdi?

Devalvasiya "Xəzər Lənkəran"a necə təsir etdi?
15:37 22 Dekabr 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi ötən gün Mərkəzi Bank 2015-ci il ərzində ikinci dəfə manatın devalvasiyasını həyata keçirib. Üzən məzənnə siyasətinə keçən bankın qərarından sonra dollar 1,55 manata qalхıb.

Təbii ki, bu ölkənin bütün sahələrinə, o cümlədən futbol təsərüfatına təsir edib. Legionerlərlə müqavilələri dollarla bağlayan klubların devalvasiya nəticəsində böyük pullar itirəcəyi dəqiqdi. 

Bəs devalvasiya "Xəzər Lənkəran"a necə təsir edib? Sualımıza klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu cavan verib: "Bizdə hazırda əcnəbi futbolçu yoxdu. Ona görə də ödəmə olaraq hamı manat alır. Ama istənilən halda ölkədə çətinlik varsa, bu bizə də təsir edəcək. Çünki işçilər, ümumi əməkdaşlar bu iqtisadi çətinliyi öz büdcəsində hiss edir və belədə az müddət sonra maaş artımı gündəmə gələcək".

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR