Komitə sədri: “İnternatları 17 yaşında tərk edən qızlar yiyəsiz qalır”

Komitə sədri: “İnternatları 17 yaşında tərk edən qızlar yiyəsiz qalır”
15:39 22 Dekabr 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

“İnternat evlərini, sığınacaqları 17 yaşında tərk edən qızlar sonradan yiyəsiz qalırlar. Bu hal bizi çox narahat edir”.

 

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, bu məsələ ilə əlaqədar qonşu dövlətlərin təcrübəsi öyrənilir: “Qardaş Türkiyədə kimsəsizlər evini tərk edən qızları dövlət dərhal işlə təmin edir. Hətta vergidə onlara güzəştlər olunur. Biz artıq bu məsələ ilə bağlı gələn il Milli Məclisdə təkliflərlə çıxış etməyə hazırlaşırıq. İnternat evlərini tərk edən qızlar ev ala bilməsələr belə, heç olmasa aldıqları maaşla kirayədə yaşamaq imkanları olsun”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226137

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR