Sınmış dişini corabının içinə saldı və oyuna davam etdi (VİDEOLAR)

Ötən gecə NBA-nın müntəzəm çempionatında "Atlanta""Portlend" arasında oynanılan matçda maraqlı hadisə yaşanıb.

Metbuat.az-ın məlumatına görə, görüşün gedişində "Atlanta"nın point-qardı Dennis Şröyderin dişi sınıb. Alman basketbolçu dişini corabının içinə salıb və oyuna davam edib.

17 dəqiqə parketdə qalan Şröyder qarşılaşmanı 18 xal, 3 asistlə tamamlayıb.

Həmin görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR