"Barselona"nı tərk etmək haqqında düşünür

"Barselona"nın qolkiperi Mark-Andre Ter Stegen baş məşqçi Luis Enrikenin Klublararası Dünya çempionatında Klublararası Dünya çempionatı ona əsas heyətdə yer verməməsinə görə narahatdı.

Metbuat.az "Marca"ya istinadən xəbər verir ki, Luis Enrikenin hər iki matçda Ter Stegeni meydana buraxmaması alman qapıçını məyus edib. Gənc qolkiper turnirdə oyun praktikası qazanacağını düşünsə də, hadisələr tərsinə cərəyan edib. Məlumata görə, Ter Stegen artıq "Barselona"nı tərk etmək haqqında düşünür.

Qeyd edək ki, final "River Pleyt"i 3:0 hesabı ilə məğlub edən "Barselona" Klublararası Dünya çempionatının qalibi olmuşdu.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR