Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə parlamentinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

16:03 22 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı noyabr ayında Türkiyədə keçirilən parlament seçkilərində qazanılan qələbə və Türkiyə Böyük Millət Məclisinin sədri kimi mötəbər vəzifəyə seçilməsi münasibətilə İsmayıl Qəhrəmanı təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın ilk xarici səfərini qardaş ölkəyə etməsindən məmnunluğunu bildirdi. Bu ayın əvvəlində Baş nazir Əhməd Davudoğlunun ölkəmizə səfərini xatırlayan dövlətimizin başçısı bunun gözəl ənənə olduğunu vurğulayaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident seçiləndən sonra ilk səfərini Azərbaycana və özünün 2013-cü ildə Prezident seçiləndən sonra ilk xarici səfərini qardaş ölkəyə etməsini məmnunluqla xatırladı və bunu Azərbaycan-Türkiyə birliyinin yaxşı nümunəsi kimi dəyərləndirdi. Prezident İlham Əliyev bir daha qeyd etdi ki, dünyada Azərbaycan ilə Türkiyə kimi bir-birinə bağlı olan ölkələr tapmaq çox çətindir. Dövlətimizin başçısı Azərbaycanın 24 illik müstəqilliyi dövründə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin böyük sınaqlardan çıxdığını vurğuladı. Prezident İlham Əliyev bu gün ölkələrimizin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla əməkdaşlıq etdiklərini və bir-birinə verdikləri qarşılıqlı dəstək sayəsində daha da gücləndiklərini qeyd etdi. Azərbaycan-Türkiyə iş birliyinin və dostluğunun regionda mühüm amilə çevrildiyini bildirən dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləmələrinin önəmini də qeyd etdi. Prezident İlham Əliyev Türkiyənin G-20-yə ev sahibliyi edən bir dövlət kimi Azərbaycanı bu tədbirə dəvət etməsindən məmnunluğunu bildirdi və Azərbaycan ilə Türkiyənin bir-birinə ən yaxın müttəfiq ölkələr olduğunu dedi. Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın mühüm yer tutduğunu vurğulayan Prezident İlham Əliyev bu əməkdaşlığın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini bildirdi. Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrü xatırlayan dövlətimizin başçısı ölkəmizin bu təşkilata üzv olduğu ilk vaxtlardan başlayaraq nümayəndə heyətləri arasında sıx əməkdaşlığın qurulduğunu məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın ölkəmizə səfərinin əməkdaşlığımızın gələcəkdə daha da genişləndirilməsi işində önəmli rol oynayacağına ümidvar olduğunu bildirdi.
Türkiyə ilə Azərbaycanın qardaş ölkələr olduğunu vurğulayan Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman “Bir millət, iki dövlət” fikrinin artıq hər iki xalqın şüurunda möhkəm yer tutduğunu dedi. O, Türkiyə rəhbərlərinin ilk xarici səfərlərini Azərbaycana etmələrini məmnunluqla vurğuladı. Azərbaycana əvvəlki səfərlərini xatırlayan İsmayıl Qəhrəman ötən dövrdə Bakıda gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın birinci Avropa Oyunlarını mükəmməl şəkildə təşkil etdiyini də vurğuladı. Noyabrın 1-də hər iki qardaş ölkədə parlament seçkilərinin uğurla başa çatdığını deyən İsmayıl Qəhrəman əməkdaşlığın və həyata keçirilən müştərək layihələrimin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini söylədi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Neftin qiyməti iki illik maksimumuna çatıb

25 Sentyabr 2017 21:12

Cəlilabadda baş verən yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb

25 Sentyabr 2017 21:10

“Qarabağ” - “Roma” oyunu ilə bağlı polisdən -

25 Sentyabr 2017 21:04

Gömrük nəzarətindən gizlədilən külli miqdarda siqaret müsadirə edildi

25 Sentyabr 2017 21:03

BƏƏ-nin müdafiə nazirinin müavini Azərbaycana səfərə dəvət olunub

25 Sentyabr 2017 21:02

Brent markalı neft bahalaşdı

25 Sentyabr 2017 20:53

İlham Əliyev millimizin Almaniya üzərində qələbəsini canlı izlədi - FOTO

25 Sentyabr 2017 20:53

Ankara Ərbilə layiqli cavab verəcək -

25 Sentyabr 2017 20:51

Avro-2017: Voleybolçularımız məğlubiyyətsiz 1/4 finalda!

25 Sentyabr 2017 20:49

Azərbaycanda elmlər doktoru olan qadınların sayı açıqlanıb

25 Sentyabr 2017 20:47

“Bu, Rusiyanın qanla ödədiyi əvəzdir” - Rusiya XİN-dən ABŞ-a REAKSİYA

25 Sentyabr 2017 20:43

Azərbaycanın voleybol üzrə milli komandası dörddəbir finala yüksəlib

25 Sentyabr 2017 20:39

Yevlaxda 37 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 20:37

Sabah daha bir asteroid Yerə yaxınlaşır

25 Sentyabr 2017 20:37

“Yuventus”un prezidenti futboldan kənarlaşdırıldı

25 Sentyabr 2017 20:34

“Beynəlxalq Xəzəryanı Gənclər forumu” yekunlaşıb

25 Sentyabr 2017 20:32

Yeni Ayfon 8-də problem AŞKAR EDİLDİ

25 Sentyabr 2017 20:28

SON DƏQİQƏ:Kərkükdə komendant saatı tətbiq edildi

25 Sentyabr 2017 20:26

Prezidentdən "Güzəştli mənzil" sistemi ilə bağlı SƏRƏNCAM

25 Sentyabr 2017 20:18

AÇ-2017: Millimiz 1/4 finalda

25 Sentyabr 2017 20:13

Daşkəsəndə “VAZ”la “Mercedes” toqquşdu - 2 yaralı

25 Sentyabr 2017 20:09

Düsseldorfda Müslim Maqomayevin anadan olmasının 75-ci ildönümü qeyd olunub

25 Sentyabr 2017 20:07

Müharibə XƏBƏRDARLIĞI, işğalın yeni DETALLARI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

25 Sentyabr 2017 20:03

Azərbaycanda qorxunc xəbər dolaşır -

25 Sentyabr 2017 20:02

ABŞ-ın strateji bombardmançıları vurulacaq - TƏHDİD

25 Sentyabr 2017 19:53

Musiqili Teatr Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirak edib

25 Sentyabr 2017 19:42

Naxçıvanı “Böyük Kürdüstan” ərazisi kimi təqdim edən kanal cəzalandırıldı - VİDEO

25 Sentyabr 2017 19:38

Səmada yaranan görüntü insanları təşvişə saldı -

25 Sentyabr 2017 19:38

Ağladığı üçün 5 yaşlı uşağı ikinci mərtəbədən atdı

25 Sentyabr 2017 19:29

Paytaxtda “Turizm həftəsi”nə start verilir

25 Sentyabr 2017 19:28

Gürcüstanda neft çəni partlayıb, yanğın olub

25 Sentyabr 2017 19:24

Cəlilabadda yanğının meşə sahəsinə keçməsinin qarşısı alınıb

25 Sentyabr 2017 19:22

“Taktiki səviyyəli hərbi mülki əlaqələr” mövzusunda kurs keçirilir

25 Sentyabr 2017 19:17

VIDEO: Tanınmış modelin dərisi soyuldu, qulağı kəsildi, bütün qanı axıdıldı -

25 Sentyabr 2017 19:16

Təranə əsəbiləşdi: “Uşağıma bic deyənlərin...”

25 Sentyabr 2017 19:13

Bu sosial şəbəkələr İŞİD-in yuvasına dönüb

25 Sentyabr 2017 18:58

Daşkəsəndə yol qəzası baş verib, xəsarət alanlar var

25 Sentyabr 2017 18:57

Kərkükdə fövqəladə vəziyyət elan olunub

25 Sentyabr 2017 18:52

Samiraldo ondan danışanları YIXIB-SÜRÜDÜ: “Uşağınızı zorlamışam?”

25 Sentyabr 2017 18:48

“Roma” Bakıya 19 futbolçu ilə gəlir

25 Sentyabr 2017 18:47

Ramin Musayev xəbərdarlıq etdi: "Nəticəsi ləğv olunacaq"

25 Sentyabr 2017 18:47

Sızanaqların müalicəsində ən keyfiyyətli üsul

25 Sentyabr 2017 18:43

Bu pişiyin səsini eşidənlər qorxuya düşürlər - VİDEO

25 Sentyabr 2017 18:38

"Roma" 5 hücumçuyla gəlir!

25 Sentyabr 2017 18:37

Oqtay Əliyev qızı ilə belə görüntüləndi - FOTOLAR

25 Sentyabr 2017 18:33

Sumqayıtda minik avtomobili yandı

25 Sentyabr 2017 18:33

Bakıda "Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" adlı beynəlxalq konqres keçiriləcək

25 Sentyabr 2017 18:32

"Roma" Bakıya bu heyətlə gəlir - SİYAHI

25 Sentyabr 2017 18:29

Avropa çempionatı: 1/4 finala yüksələn daha bir voleybol yığmasının adı müəyyənləşib

25 Sentyabr 2017 18:27

SOCAR-da Beynəlxalq Dəniz Gününə həsr olunan aksiya təşkil edilib

25 Sentyabr 2017 18:27