Balakən, 22 dekabr, AZƏRTAC
Balakən Olimpiya İdman Kompleksində SSRİ İdman Ustası Əhməd Xalavasovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə açıq rayon turnirinə yekun vurulub.
Rayon uşaq-gənclər idman məktəbindən AZƏRTAC-a bildiriblər ki, turnirdə yerli idmançılarla yanaşı, Zaqatala və Qax rayonlarının güləşçiləri də iştirak edib.
Müxtəlif çəki dərəcələri üzrə yüzədək yeniyetmə güləşçinin mübarizə apardığı turnirin yekununda fərqlənən idmançılar diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Xatırladaq ki, Əhməd Xalavasov uzun illər rayon uşaq-gənclər idman məktəbində məşqçi-müəllim işləyib.