İnsan haqları üzrə işçi qrupunun iclasının vaxtı açıqlandı

İnsan haqları üzrə işçi qrupunun iclasının vaxtı açıqlandı
16:09 22 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

İclasda hüquq müdafiəçiləri, deputatlar, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşları iştirak edəcəklər

 

Azərbaycan vətəndaş cəmiyyətindən və hakimiyyət nümayəndələrindən ibarət birgə işçi qrupun növbəti iclası olacaq.

 

İşçi qrupdan APA-ya verilən məlumata görə, iclas dekabrın 24-də keçiriləcək. İclasda hüquq müdafiəçiləri, deputatlar, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşları iştirak edəcəklər.

 

Qeyd edək ki, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş işçi qrupun iclası prezident İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini 2014-cü il oktyabrın 22-də yenidən bərpa edib. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR