BDU-da Qazax xanlığının yaranmasının 550, Abay Kunanbayevin 170 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib

16:18 22 Dekabr 2015
32 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Dövlət Universitetində Qazax xanlığının yaranmasının 550 və müasir qazax yazılı ədəbiyyatının banisi, filosof, böyük ictimai xadim və maarifçi Abay Kunanbayevin 170 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib. Trend-in məlumatına görə, əvvəlcə konfrans iştirakçıları Qazaxıstan Respublikasının tarixi və mədəniyyətinə həsr olunmuş kitabların sərgisi və BDU-da fəaliyyət göstərən Abay Kunanbayev adına Mərkəzin fəaliyyəti ilə tanış olublar.

Tədbiri açan rektor, akademik Abel Məhərrəmov qonaqları salamlayaraq Bakı Dövlət Universitetinin tarixi və bu günü, o cümlədən beynəlxalq əlaqələri və Qazaxıstan ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlığından bəhs edib. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan və Qazaxıstan respublikaları arasında qardaşlıq və dostluq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edən rektor bu münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin tarixi xidmətlərini xüsusilə vurğulayıb. Çıxışını prezident İlham Əliyevin “XXI əsr türk dünyası əsri olacaq” fikri ilə davam etdirən rektor Abel Məhərrəmov Qazax xanlığının tarixindən, sonralar qüdrətlənərək Qazaxıstanda milli mədəniyyətin, dövlətçilik ənənələrinin formalaşmasında, qorunmasında və inkişafındakı rolundan, görkəmli qazax yazıçısı Abay Kunanbayevin yaradıcılığından bəhs edib.

Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri cənab Beybit İsabayev konfransa təqdim olunmuş elmi məqalələrdən ibarət "Qazaxıstan xanlığı: mənşəyi, adət-ənənələri və irsi" adlı kitab barədə danışıb.

Sonra tədbirdə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru, professor Qalimkair Mutanov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi Ramil Həsənov, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Xıdırəli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edib.

Hər iki ölkənin tanınmış elm adamları - İsa Həbibbəyli, Nizami Cəfərov, Bərəkət Karibayev, Bulat Kumekova, Zayniddin Kurmanov və Qaybulla Babayarovun çıxışları maraqla qarşılanıb.

Sonra Əl Fərabi adına Qazaxıstanın Milli Universiteti ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb, xatirə hədiyyələri təqdim olunub. Tədbirin sonunda Qazax xanlığı haqqında sənədli film və Qazaxıstan Milli Universiteti ilə BDU-nun yaradıcı qruplarının təşkil etdiyi konsert maraqla izlənilib.

Qeyd edək ki, 3 gün davam edəcək beynəlxalq konfrans çərçivəsində qazaxıstanlı alimlərin tələbə və magistrantlar qarşısında mühazirələri nəzərdə tutulub.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Məşhur milyarder qızına 350 minlik hədiyyə aldı - FOTO

23 Sentyabr 2017 11:18

Ərdoğanın İrana səfər tarixi açıqlandı

23 Sentyabr 2017 11:13

Dövlət Baytarlıq Nəzarəti Xidməti tender keçirir

23 Sentyabr 2017 11:07

Elgiz verilişdən qovuldu - QALMAQAL

23 Sentyabr 2017 11:04

“Rusiya ssenarisi” RƏDD EDİLDİ: sülhməramlılar...

23 Sentyabr 2017 11:03

İstanbulun bələdiyyə başçısı istefa verdi

23 Sentyabr 2017 11:03

Türkiyə prezidentinin İrana səfərinin tarixi açıqlanıb

23 Sentyabr 2017 11:02

Hər kəsin gözlədiyi DERBİ

23 Sentyabr 2017 10:58

Polad Ələmdar "Kurtlar Vadisi Pusu"nun BAŞLAYACAĞI VAXTI AÇIQLADI - VİDEO

23 Sentyabr 2017 10:53

"Binə" Ticarət Mərkəzindən 13 min manatlıq oğurluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

23 Sentyabr 2017 10:52

Yutubdan vacib yenilik

23 Sentyabr 2017 10:48

Qızıl bahalaşdı

23 Sentyabr 2017 10:45

Tarkandan Rusiyaya GÖZLƏNİLMƏZ JEST - FOTO

23 Sentyabr 2017 10:38

Azərbaycanda yığılan Belarus traktorları Türkiyəyə ixrac ediləcək

23 Sentyabr 2017 10:37

Barmaq izinin tanınması sistemlərində boşluqları aşkarlayacaq süni barmaq yaradılıb

23 Sentyabr 2017 10:35

“Google Play” servisi əlavələr üçün böyük platformaya çevrilib

23 Sentyabr 2017 10:35

“Referendum qeyri-qanunidir və qəbul edilə bilməz”

23 Sentyabr 2017 10:35

57 yaşlı əməkdar artistə elçi gəldi: “Kişi xaricidir” – VİDEO - FOTO

23 Sentyabr 2017 10:34

Dünya birjalarında neft

23 Sentyabr 2017 10:34

20 min əsgər SƏRHƏDƏ YERİDİLDİ: hər an müharibə BAŞLAYA BİLƏR

23 Sentyabr 2017 10:33

Bakıda arvadını xüsusi amansızlıqla öldürmək istəyən şəxs apellyasiya şikayəti verib

23 Sentyabr 2017 10:32

Təmizlik işləri görməklə çəki ata bilərsiniz

23 Sentyabr 2017 10:30

Bu ölkələr çaylarımızı çirkləndirib

23 Sentyabr 2017 10:28

“Bayer” doğma meydanda xal itirdi

23 Sentyabr 2017 10:19

ABŞ-a qarşı savaş andı içdilər - MÜHARİBƏ YAXINLAŞIR

23 Sentyabr 2017 10:18

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi

23 Sentyabr 2017 10:14

Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək

23 Sentyabr 2017 10:12

Kənd təsərrüfatı naziri Salyanda yeni istifadəyə verilmiş pambıq qəbulu məntəqəsində olub

23 Sentyabr 2017 10:07

Son 10 gündə çayların sululuq səviyyəsi

23 Sentyabr 2017 10:06

Heç yerdə görmədiyiniz NADİR TARİXİ FOTOLAR

23 Sentyabr 2017 10:03

Prokuror bacısına mesaj yazdığına görə 21 yaşlı gənci öldürən şəxsin hökmündən protest verib

23 Sentyabr 2017 10:02

Elgiz Əkbər işdən qovuldu

23 Sentyabr 2017 10:02

Böyük "Youtube" kanalı olanlara PİS XƏBƏR VAR

23 Sentyabr 2017 09:59

5 yaşlı Medianews.az

23 Sentyabr 2017 09:58

Cəbhədə gərgin gecə

23 Sentyabr 2017 09:55

"Yuventus" ötən maliyyə ilini fantastik gəlirlə başa vurdu

23 Sentyabr 2017 09:53

Türkiyə referendumla bağlı vacib çağırışlar etdi

23 Sentyabr 2017 09:52

Aygün Kazımovanın konsertindən

23 Sentyabr 2017 09:45

Jurnalist Xədicə İsmayıl ölkədən çıxışına məhdudiyyətin götürülməsi ilə bağlı məhkəməyə müraciət edib

23 Sentyabr 2017 09:42

Atəşkəs 112 dəfə pozuldu

23 Sentyabr 2017 09:39

200 milyon dollarlıq kokain partiyası ələ keçdi

23 Sentyabr 2017 09:38

Ermənilər iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə atəşkəsi 112 dəfə pozub

23 Sentyabr 2017 09:37

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (23.09.2017)

23 Sentyabr 2017 09:37

İlham Mirzəyev görün kiminlə, harada üzə çıxdı...

23 Sentyabr 2017 09:35

"Piyada sərnişin avtobusu tərəfindən vurulmayıb" - BNA

23 Sentyabr 2017 09:34

Azərbaycan Ümumdünya Demokratiya Forumunda təmsil olunacaq

23 Sentyabr 2017 09:28

Sürücünü vəhşicəsinə döyən şəxs tutuldu

23 Sentyabr 2017 09:18

Hərbi Dəniz Qüvvələrinin sabiq komandanının apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

23 Sentyabr 2017 09:17

Ağcabədidə yanğın olub

23 Sentyabr 2017 09:14

Biləsuvarda yol qəzası baş verib, ölən var

23 Sentyabr 2017 09:12