"Merkuri" Xəzərə qayıdır

"Merkuri" Xəzərə qayıdır
16:36 22 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

“Ələt qəsəbəsində Beynəlxaq Dəniz Ticarət Limanın 1-ci fazasının tikintisinin 2017-ci ildə başa çatdırılması planlaşdırılır.Gələcəkdə burada müasir şərtlərə cavab verən dəniz vağzalının inşası nəzərdə tutulub. Şübhəsiz ki, yeni və daha təkmil şəraitdə Dəniz Vağzalının fəaliyyət istiqamətlərində də yeniliklər olacaq."

Bu barədə ANS PRESS-ə Bakı Beynəlxalq Dəniz Ticarət Limanından məlumat verilib. Hazırda bu limandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına sərnişin və yükdaşıması həyata keçirilir. Xəzər dənizi hövzəsində yerləşən bütün ölkələrlə əməkdaşlıq edən limandan Qazaxıstan istiqamətində 13, Türkmənistan istiqamətində 3 bərə xidmət göstərir.

Biletin qiymətləri Xəzər Dəniz Gəmiçiliyi tərəfindən müəyyən olunur. Dəniz Vağzalı, yaxud Bakı Beynləxalq Dəniz Ticarət Limanının (BBDTL) balansında olan terminallar bu biletlərin satışını həyata keçirən kassaları müvafiq yerlə təmin edirlər.


Bakı Beynəlxalq Dəniz Ticarət Limanı


Xəzər Dəniz Gəmiçiliyindən ANS PRESS-ə verilən məlumata görə, Bakı – Türkmənbaşı arası səfərlərdə bir bilet – 90 dollar, Bakı – Aktau arası səfərlərin qiyməti isə 110 dollar təşkil edir.

Bərə səfərləri zamanı sərnişinlər məişət xidmətləri ilə təmin olunur. Hava şəraitində və bərənin hərəkət sürətindən asılı olaraq, Qazaxıstanın Aktau limanına – 18 – 20 saata, Türkmənistanın Türkmənbaşı limanına isə 12 – 14 saata hərəkət edir.




Yük daşımalara gəlincə Xəzər Dəniz Gəmiçiliyi Türkiyədən Orta Asiya istiqamətində yükdaşımaların artması ilə əlaqədar iki bərə gəmisi - “Qarabağ” və “Akademik Topçubaşov” istismara verilib. Əgər noyabr ayında AXDG-nin 8 bərə və 2 Ro-Ro (təkərli texnika daşıyan) gəmisi istismarda idisə, hazırda 12 gəmi, o cümlədən 10 bərə və 2 Ro-Ro gəmisi Xəzər dənizində vaqon və təkərli texnika daşımalarına cəlb olunub.

Eyni zamanda daha 2 bərə gəmisi - “Professor Gül” və “Merkuri-1” bu ilin sonuna qədər istismara buraxılacaq. Bu da istismarda olan bərə və Ro-Ro gəmilərinin sayını 14-ə çatdırmağa imkan verəcək.


Bakıdan sərnişin daşıma həyata keçirilən limanlar


İstismarda olan gəmilərdən, 5 bərə və 1 Ro-Ro gəmisi Bakı-Aktau, digər 5 bərə və 1 Ro-Ro gəmisi isə Bakı-Türkmənbaşı istiqamətində daşımalara cəlb olunub.

Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının (BBDTL) əsası isə 1902-ci ildə qoyulub. 1992-ci il yanvarın 1-dən etibarən Liman Xəzər Dəniz Gəmiçiliyinin (LXDG) strukturundan çıxaraq müstəqil müəssisə olub. Əsas yük terminalı ümumi uzunluğu 858 m-ə bərabər olan 7 körpüdən ibarətdir. Bu körpülərdən biri xüsusi olaraq «Ro-Ro» tipli gəmilərin qəbulu üçün nəzərdə tutulub.



Xəzərdəki gəmilər


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367893

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR