Sorğu: ​Rusiyalıların 66 faizinin türklərə münasibəti dəyişməyib

Sorğu: ​Rusiyalıların 66 faizinin türklərə münasibəti dəyişməyib
16:47 22 Dekabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Moskvanın Türkiyəyə iqtisadi sanksiyalar tətbiq etməsinə baxmayaraq, keçirilən rəy sorğusunun nəticələrinə əsasən, rəyi soruşulan rusiyalının 66 faizinin türklərə münasibəti dəyişməyib.
"Report" "interfax"a istinadən xəbər verir ki, bu haqda "Obşestvennoye mneniye" ("İctimai rəy") fondunun keçridiyi rəy sorğusunun nəticələrində bildirilib.
Məlumata görə, sorğu dekabrın 12-13-də Rusiyanın 1000 vətəndaşı arasında ölkənin 480 yaşayış məntəqəsində telefon vasitəsi ilə keçirilib.
Sorğunun nəticələrinə əsasən, iştirakçıların 66 faizi türklərə münasibətinin yaxşı mənada dəyişmədiyini bildirib. Respondentlərin 29 faiz isə türklərə qarşı pis münasibət bəslədiyini deyib.
Rəyi soruşulanların 70 faizi Rusiyanın bəzi futbol klubları və idmançılarının Türkiyəyə təlim-məşq toplantılarına getməsinə və yarışlarda iştirak etməsinə qarşı olub. Respondentlərin 8 faizi buna pis baxdığını bildirib, 7 faiz isə "mənim üçün fərqi yoxdur" deyib. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiyalilarin-66-faizinin-turklere-munasibeti-deyismey

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR