Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü təxirə düşdü

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü təxirə düşdü
17:04 22 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin sabah Tbilisidə keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

 

APA-nın məlumatına görə, buna səbəb Gürcüstan xarici işlər naziri Gerogi Kvirikaşvilinin ailəsində ağır itkinin baş verməsidir.

 

Görüşün gələn ilin birinci rübündə keçiriləcəyi gözlənilir.  

 

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu və Gürcüstanın xarici işlər naziri Gerogi Kvirikaşvilinin dekabrın 23-də Tbilisidə görüşü nəzərdə tutulurdu.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226157

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR