Milyarderə böyük zərbə

Milyarderə böyük zərbə
17:11 22 Dekabr 2015
123 Digər
Ölkə mətbuatı
A- A+

Telekommunikasiya maqnatı Karlos Slim 2015-ci ildə dünyanın 400 ən zəngin adamları arasında ən çox maliyyə itkisi ilə üzləşən şəxs kimi yadda qalıb. "Bloomberg" məlumatına görə o , bu il ərzində 20 milyard dollar itirib ki, bu da Honduras iqtisadiyyatına bərabərdir.

ANS PRESS-in məlumatına görə hazırda Karlos Slim 400 zəngin arasında 5-ci yerdədir.


Karlos Slim- Milyarder


Lakin siyahıda onu qabaqlayanlar da var. Bunlardan biri Microsoft şirkətinin yaradıcısı Bill Gates , Inditex şirkətinin baniləri Amancio Ortega , daha sonra Warren Buffett və Amazon şirkətinin əsas səhmdarı Jeff Bezosdur.

Milyarderə məxsus olan America Movil SAB telekommunikasiya şirkəti hazırda Meksika bazarında dominant mövqeyini itirməkdədir. Meksika hakimiyyət orqanlarının bu şirkətin infrastrukturunu digər bazar iştirakçıları ilə bölüşdürdükdən sonra onun səhmləri 2008-ci ildən bu günə kimi ən aşağı səviyyəyə düşüb.


Bill Gates-Microsoft şirkətinin yaradıcısı


Forbes jurnalının açıqlamasına görə Slimin varidatı artıq ikinci ildirki 77.7 milyard dollar dəyərində qiymətləndirilir. İkinci yeri,79.2 milyard dollarla Microsoft şirkətinin yaradıcısı Bill Gates , üçüncü yeri isə 72.7 milyard dollarla Warren Buffet tutur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367881

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR