"Expressbank" adi iş rejimində müştərilərə xidmət göstərməkdə davam edir

"Expressbank" adi iş rejimində müştərilərə xidmət göstərməkdə davam edir
17:23 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Expressbank" müştərilərə adi iş rejimində xidmət göstərməkdə davam edir. Bankdan Trend-ə verilən məlumata görəI, müştərilər "Expressbank" filiallarına müraciət etməklə, müxtəlif bank xidmətlərindən yararlana bilərlər.

Qeyd edək ki, "Expressbank" müştərilərə geniş çeşiddə bank xidmətləri təklif edir: hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, biznes, istehlak və ipoteka kreditlərinin verilməsi, bank kartları, təcili pul köçürmələri və s.

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 400-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2472754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR