Qubada qar uçqunu oldu, yol bağlandı (VİDEO)

Qubada qar uçqunu oldu, yol bağlandı (VİDEO)
17:26 22 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Qışın sərt üzü artıq bölgələrdə özünü göstərməyə başlayıb.

Bu gün səhərdən başlayaraq Quba-Xınalıq yolunda çətin anlar müşahidə edilib. Belə ki, 6 yerdə qar uçqunu qeydə alınıb.
Uçqun Quba-Xınalıq yolunun 36 və 38-ci kilometrlik hissəsində baş verib.
Uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 3-5 metrə çatır.

Qar uçqunu səbəbindən 8 kənddə gediş-gəliş tamamilə dayanıb.


Qar uçqunu qeydə alınan yol

Nəqliyyat Nazirliyinin 6 saylı Yol İstismar İdarəsinin işçiləri Quba-Xınalıq yolunda nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etməyə çalışırlar. Hazırda əraziyə lazımi qədər işçi qüvvəsi və texnika cəlb olunub. 6 saylı Yol İstismar İdarəsinin işçiləri günün sonuna qədər yolun açılacağını bildiriblər.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR