İTV-nin aparıcısı Kamran Quliyev nişanlanıb.
Milli.Az xəbər verir ki, bu haqda aparıcı axşam.az-a açıqlamasında deyib.
Təəssüratlarını bölüşən K.Quliyev hazırda davam edən nişan mərasimində ailə üzvlərinin iştirak etdiyini bildirib:
"Hər zaman bəyəndiyim bir fikir olub: "Hamı birini tapacaq. Amma bir-birini tapmaq insanı başqa cür sevindirir".
Mən də öz yarımı tapdım. Toy apreldə olacaq. Nişan məclisində yalnız yaxınlarım iştirak edir".
Milli.Az