​Azərbaycanda vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib

17:37 22 Dekabr 2015
15 Sosial
Ölkə mətbuatı
A- A+

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 
Araşdırmalar zamanı Əhmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Lumanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə kənd ərazisində məskunlaşmış məcburi köçkünlər üçün dövlət vəsaiti hesabına fərdi ev tikilməsi üçün kənd sakinindən 4 min manat məbləğində pulu rüşvət kimi tələb etməsində şübhələr üçün əsaslar olduğundan barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.  

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/azerbaycanda-vezifeli-sexsin-qanunsuz-emelleri-ifsa-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR