Azərbaycanda vəzifəli şəxsin dələduzluğu üzə çıxdı

Azərbaycanda vəzifəli şəxsin dələduzluğu üzə çıxdı
17:41 22 Dekabr 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabad rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri üzə çıxıb.

Baş Prokurorluqdan ANS PRESS-ə verilən məlumata görə, Sabirabad rayon İcra Hakimiyyəti başçısının Əhmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri barədə həmin kənd sakininin 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı Əhmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Lumanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə kənd ərazisində məskunlaşmış məcburi köçkünlər üçün dövlət vəsaiti hesabına fərdi ev tikilməsi üçün kənd sakinindən 4 min manat məbləğində pulu rüşvət kimi tələb etməsində şübhələr olub. Bunun üçün onun barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367883

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR