Ədalət Muradov: "Daxili bazar idxal mallarından qorunmalıdır"

17:49 22 Dekabr 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün İqtisad Universitetində (UNEC) “Siyasi iqtisad: müasir problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir “Siyasi iqtisad” elminin yaranmasının 400 illiyinə həsr olunub.

Rusiyanın və Azərbaycanın görkəmli iqtisadçı alimlərinin iştirak etdiyi konfransda ADİU-nun rektoru Ədalət Muradov bildirib ki, bu tip beynəlxalq konfranslara ev sahibliyi etməsi universitetin tədqiqat yönümlü universitet olması istiqamətində həyata keçirdiyi addımlardan biridir. Mövcud kadr potensialı onu deməyə əsas verir ki, İqtisad Universiteti tədris müəssisəsi olmaqla yanaşı, həm də tədqiqat universitetinə çevrilmək iddiasında olan ali təhsil ocağıdır.

Siyasi iqtisad elminin yaranma tarixindən danışan rektor qeyd edib ki, qlobal iqtisadiyyatdakı mövcud problemlər siyasi iqtisada marağı daha da artırıb.

Ə. Muradov ölkədə manatın devalvasiyasına da münasibətini bildirib və qeyd edib ki, neqativ təsirlərin minimuma endirilməsi üçün daxili bazarın idxal mallarından qorunması təklif edilir: "Biz iqtisadçılar da Azərbaycanın gələcəyinin daha da parlaq olması istiqamətində səylərimizi əsirgəməyəcəyik. Hesab edirəm ki, bugünkü konfrans iqtisadiyyat elminin inkişafına öz töhfəsini verəcək və bizim siyasi iqtisad sahəsində postsovet məkanında tanınmış alimlərlə əməkdaşlığımızı daha da genişləndirəcək".

Sonra Moskva Beynəlxalq Universitetin professoru Georgi Nikolayeviç Tsaqolov və Q.V.Plexanov adına Rusiya Dövlət Universitetinin İqtisadi Nəzəriyyə elmi məktəbinin rəhbəri, professor Qalina Petrovna Juravlyovaya UNEC-in “Fəxri doktor” diplomları təqdim edilib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Siyasi iqtisad” kafedrasının professoru, Beynəlxalq siyasi iqtisad assosiasiyasının koordinatoru Aleksandr Vladimiroviç Buzqalin “Siyasi iqtisad: qlobal kapitalizmin tədqiqat potensialı” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, iqtisadi problemlərin aradan qaldırılması üçün onları yaradan səbəblərin analiz edilməsi vacibdir. Bu prosesləri tədqiq edən bir sıra beynəlxalq assosiasiyalar fəaliyyət göstərir. Qloballaşmaya inkişaf etməkdə olan ölkələrdə mənfi münasibət bəslənildiyini vurğulayan görkəmli iqtisadçı qeyd edib ki, inkişaf etmiş sənaye ölkələrinin elmi və ictimai dairələrində bu proseslər adətən, pozitiv baxımdan dəyərləndirilir. Lakin son vaxtlar bu proseslərə tənqidi mövqedən yanaşanların da sayı artmaqdadır.

Bundan başqa, beynəlxalq konfransda Moskva Beynəlxalq Universitetin professoru Georgi Tsaqolov “Yeddinci formasiya” mövzusunda, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov isə “Milli sərvət, maddi istehsal, dəyər və iqtisadi inkişaf strategiyaları” mövzusunda məruzə ilə çıxış edib.

Konfrans panel və seksiyalarda “Klassik siyasi iqtisad: inkişaf perspektivləri və tədrisi”, eyni zamanda “Müasir Azərbaycanın iqtisadi sistemi: inkişaf yolları və məqsədləri” mövzularının müzakirəsi ilə davam edib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıdan sensasiyalı GEDİŞ: Azərbaycanın ABŞ-ın axtardığı silahı almasının SİRRİ - VİDEO

20 Sentyabr 2017 13:08

Cənubi Koreya prezidenti 2018-ci ildə keçiriləcək Olimpiya Oyunlarında təhlükəsizliyə zəmanət verib

20 Sentyabr 2017 13:07

Məmmədyarov: "İƏT ölkələrini Azərbaycanın işğal olunmuş ərazilərində sərmayə fəaliyyətinə cəhdlərin qarşısını almağa çağırıram"

20 Sentyabr 2017 13:03

Bakıda özünü 17-ci mərtəbədən ataraq intihar edən şəxsin adı açıqlanıb

20 Sentyabr 2017 13:02

AFFA İntizam Komitəsi "Neftçi" və "Zirə" klublarını cərimələyib

20 Sentyabr 2017 13:02

Ağstafada 54 yaşlı qadını motosiklet vurub

20 Sentyabr 2017 12:57

Azərbaycan və İran Xəzərlə sərnişindaşınmaya dair danışıqlar aparır

20 Sentyabr 2017 12:57

Azərbaycan təmiz su ilə bu üsulla təmin ediləcək

20 Sentyabr 2017 12:56

Ziya Məmmədovun bacısının direktor olduğu liseydə araşdırma başladı

20 Sentyabr 2017 12:54

Bakı rusiyalı turistlər üçün ən populyar MDB şəhərlərindəndir

20 Sentyabr 2017 12:52

TANAP üzrə işlərin 82%-i tamamlanıb

20 Sentyabr 2017 12:52

Türkiyədə iki sərnişin avtobusu toqquşub, 41 nəfər yaralanıb

20 Sentyabr 2017 12:52

Ay xala, yanım boş deyil...

20 Sentyabr 2017 12:51

640 yerlik məktəbdə 2670 şagird oxuyur - Bakıda 4 növbəli məktəb

20 Sentyabr 2017 12:49

Acun Ilıcalının toyunda təmtəraqlı ziyafət libasları ilə göz qamaşdıran məşhurlar – FOTO

20 Sentyabr 2017 12:48

Bakının mərkəzində quldurluq cinayəti törədilib

20 Sentyabr 2017 12:44

Futbolun məbədində SEKS QALMAQALI

20 Sentyabr 2017 12:43

Bakıda polyak dili kursları təşkil olunacaq

20 Sentyabr 2017 12:42

Azərbaycan Seulda "Avrasiya Altay Mədəniyyətlərarası Qarşılaşma" adlı festivalda iştirak edir

20 Sentyabr 2017 12:42

Ucarda avtomobilin vurduğu qadın 10 gün yaşadı

20 Sentyabr 2017 12:39

Meşəlikdə adam öldürən dostlara hökm oxundu

20 Sentyabr 2017 12:38

Bərdədə mikroavtobusun iştirakı ilə zəncirvari yol qəzası olub, 1nəfər ölüb

20 Sentyabr 2017 12:37

Rusiyalı idmançını qətlə yetirməkdə təqsirləndirilən azərbaycanlı iki ay müddətinə həbs edilib

20 Sentyabr 2017 12:37

Proqnoz: FED dolları möhkəmləndirəcək

20 Sentyabr 2017 12:37

Nazim İbrahimovun 159 min manat borcu var - QALMAQAL

20 Sentyabr 2017 12:37

Ağadadaş Ağayevi belə bağladı...

20 Sentyabr 2017 12:37

Bu il daşınan qurğular bazarının həcmi 120 milyon ədədi ötəcək

20 Sentyabr 2017 12:35

Sabahın hava proqnozu AÇIQLANDI

20 Sentyabr 2017 12:33

Xəyalə ilə xəbər saatı

20 Sentyabr 2017 12:33

7 yaşlı qıza təcavüz edən belə asıldı

20 Sentyabr 2017 12:33

FİFA "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibinə qarşı araşdırmalara başlayıb

20 Sentyabr 2017 12:32

UNEC rektoru prezident təqaüdçüləri ilə görüşüb

20 Sentyabr 2017 12:29

Sahib Məmmədov: “Azərbaycanın uğurları hər zaman kimlərdəsə qıcıq yaradıb”

20 Sentyabr 2017 12:28

Bakıda 35, bölgələrdə 36 dərəcə isti olacaq

20 Sentyabr 2017 12:28

Rusiya Azərbaycan vətəndaşını ekstradisiya edəcək

20 Sentyabr 2017 12:27

“Sumqayıt”da özbaşınalıq: Muxtar Babayev hara baxır?

20 Sentyabr 2017 12:27

Dəhşətli etnik yuxu

20 Sentyabr 2017 12:27

"Qolumun birini kəsmişəm, ayağımı da kəsəcəm" - MƏHKƏMƏDƏ ETİRAZ

20 Sentyabr 2017 12:24

"Siz min manat qazandınız!"

20 Sentyabr 2017 12:24

Elza Seyidcahandan ölən pişiyi barədə ŞOK SÖZLƏR: “Namuslu-qeyrətli idi, nə qədər cütləşdirmək istəsək də...”

20 Sentyabr 2017 12:23

Bakıda qətl törətməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

20 Sentyabr 2017 12:22

Yayın son günü Azərbaycanda hava necə olacaq? - PROQNOZ

20 Sentyabr 2017 12:19

Azərbaycanda altsheymer xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb

20 Sentyabr 2017 12:17

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

20 Sentyabr 2017 12:17

Futbolun məbədində seks qalmaqalı

20 Sentyabr 2017 12:17

Bakıda 2 nəfəri bıçaqlayan şəxs saxlanıldı

20 Sentyabr 2017 12:17

Evdən 7 min manatlıq qızıl oğurladı

20 Sentyabr 2017 12:14

Putın bir neçə günə nüvə silahını İŞƏ SALACAQ: planlaşdırma 2014-cü ildə BAŞLANIB

20 Sentyabr 2017 12:13

Bakıda avtoyuma işçisi yumağa gətirilən avtomobili qaçırıb

20 Sentyabr 2017 12:12

Abşeronda mağazalardan 1041 manatlıq oyuncaq oğurlanıb

20 Sentyabr 2017 12:12