Quba-Xınalıq yolunda 6 yerdə qar uçqunu olub

17:52 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən "Report"a bildirilib ki, ümumilikdə, sözügedən ərazidə 6 yerdə qar uçqunu qeydə alınıb. Yolda hərəkətin bərpası üçün dərhal əraziyə “Azəryolservis”in Quba 6 saylı Yol İstismar İdarəsinin ağır texnikası cəlb edilib. Texnikanın çalışdığı ərazilərdə qar uçqunlarının yenidən təkrarlanması təhlükəsi olmasına baxmayaraq, qısa müddət ərzində yol qar kütləsindən təmizlənib və nəqliyyat vasitələrinin həm Xınalıq kəndi istiqamətinə, həm də Quba şəhərinə doğru hərəkəti tam bərpa edilib.
“Azəryolservis” ASC sürücülərdən Quba-Xınalıq yolundan istifadə edərkən ehtiyatlı olmağı xahiş edir və yola idarə etdikləri nəqliyyat vasitələrinin sazlığına əmin olduqdan sonra çıxmağı tövsiyə edir. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/quba-xinaliq-yolunda-6-yerde-qar-ucqunu-olub1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR