İki dövlət təşkilatı arasındakı borc məsələsi həll olunub?

İki dövlət təşkilatı arasındakı borc məsələsi həll olunub?
17:52 22 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+

"Azəristiliktəchizat" ASC və "Azəriqaz" İstehsalat Birliyi arasında borca görə yaranmış problemin aradan qaldırılması istiqamətində danışıqlar aparılır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, hökumət sözügedən məsələnin həll olunması üçün tapşırıqlar verib: "Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq, bu istiqamətdə işlər gedir. Borcun məbləği araşdırılır və birlikdə hesablanılır. Bu məsələdə köhnə borcların ödənilib-ödənilməməsi ilə bağlı mübahisəli rəqəmlər mövcuddur. Məsələyə "Azəriqaz" İB-nin nümayəndələri ilə birlikdə baxılır".

Hələlik konkret hansı məbləğdən söhbət getdiyinin bilinmədiyini vurğulayan R.Əliyev qeyd edib ki, vəsaitin nə qədər olduğunu iki qurumun birgə yaratdığı komissiya müəyyənləşdirəcək. O vurğulayıb ki, bütün bu məsələlərə baxmayaraq, hazırda sakinlər istiliklə təmin olunur: "Bu məsələ iki dövlət qurumunun arasında olan məsələdir. Yəni, bundan heç kim zərər görməyəcək. Əsas odur ki, hökumətin tapşırığı ilə razılğa gəlmişik. Qazanxanaların qaz təminatı bərpa olunub və mənzillər istiliklə təmin olunur".

Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İB-yə borcu 8,4 milyon manat təşkil edib. Məbləğin 3 milyonu artıq ödənilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR