Çövkən oyunu üzrə Prezident Kuboku yarışında finalçılar məlum olub

Çövkən oyunu üzrə Prezident Kuboku yarışında finalçılar məlum olub
17:58 22 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC 
Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən Milli Atüstü oyunları üzrə Prezident Kuboku yarışında finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 10-cu dəfə keçirilən yarışda 24 komanda fəxri mükafat uğrunda mübarizə aparıb. Təsnifat oyunlarından sonra turnirin yarımfinal görüşləri keçirilib.
Bu mərhələdə meydana əvvəlcə “Ağstafa” və “Ağcabədi” komandaları çıxıblar. Görüş Ağcabədi təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Günün digər yarımfinal oyunu isə daha maraqlı idman mübarizəsi şəraitində keçib. “Sərhədçi” və “Polad” komandalarının görüşünün əsas vaxtında hesab açılmayıb. Oyuna əlavə olunmuş hissədə komandalar hərəyə bir dəfə fərqlənməyi bacarıblar. Lakin görüşün əsas vaxtında olduğu kimi, əlavə vaxtda da qalib müəyyənləşməyib. Nəticədə oyun sonrası penalti zərbələrindən istifadə olunub. Zərbələri daha dəqiq yerinə yetirən “Sərhədçi” komandası qələbə qazanıb.
Beləliklə, dekabrın 23-də keçiriləcək final qarşılaşmasında “Ağcabədi” və “Sərhədçi” komandaları üz-üzə gələcək.









Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHovken_oyunu_uzre_Prezident_Kuboku_yarisinda_finalchilar_melum_olub-913373

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR