İsrail səfiri Tovuz və Şəmkir rayonlarına səfər edib

İsrail səfiri Tovuz və Şəmkir rayonlarına səfər edib
18:02 22 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfiri Dan Stav Tovuz və Şəmkir rayonlarına səfər edərək Azərbaycanın qərb bölgəsinə səfərini başa vurub.
İsrailin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, D.Stav Tovuz Rayon İcra Hakimiyyətinin başçısının müavini Mahir Həsənov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla görüşüb.
D.Stav səfirliyin bu rayonlarla xüsusilə kənd təsərrüfatı və ekoturizm sahəsində əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu bildirib.
Səfir İsrail şirkətlərilə Tovuz və Şəmkir rayonlarından olan iş adamları arasında əlaqələrin qurulmasında səfirliyin rolunu qeyd edib.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR